zərb məsəlləri

sayings поговорки
Zər qədrini zərgər bilər.
Zərb zəyərəkdən yağ çıxarar.
OBASTAN VİKİ
Zərb Alətləri
Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərinə gedib çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar. Belə vasitələrdən biri ayaqdöymə zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı "Ayaqdöymə" adlanır. Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, "Qaval daşı" adlanan böyük bir qaya parçası da vardır. Bu qayanı əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "Qaval daşı" adı ilə gəlib çatmışdır. Qaval daşı bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır. Zərb çalğı alətlərinin müxtəlif növləri Azərbaycan ərazisində tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdır.
Zərb musiqi alətləri

Azərbaycan atalar sözləri və məsəlləri
Azərbaycan atalar sözləri və məsəlləri — Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri. Atalar sözləri və məsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər. Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur.